Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
SOSİAL
22:47 10.11.2021
341
Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR