Azərbaycanda 20 yaşlı qadın müəmmalı şəkildə öldü - FOTO

Azərbaycanda 20 yaşlı qadın müəmmalı şəkildə öldü - FOTO
SOSİAL
23:35 21.12.2021
768
Qaxda gənc qadın müəmmalı şəkildə vəfat edib.

AZXEBER.COM "Qafqazinfo"-ya istinadən xəbər verir ki, ölüm hadisəsi rayonun Lələpaşa kəndində qeydə alınıb.

Üç ay öncə həmin kəndə gəlin gəlmiş rayonun Ləkit kənd sakini, 2001-ci il təvəllüdlü Əliyeva Aytən Həsil qızının qəfildən halı pisləşib.

Yaxınları təcili tibbi yardım maşını ilə onu xəstəxanaya çatdırmaq istəsələr də, Aytən Əliyeva yolda dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.
 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR