Türkiyənin yerli peyvəndinin ilk partiyası Ankaraya çatdırılıb

Türkiyənin yerli peyvəndinin ilk partiyası Ankaraya çatdırılıb
DÜNYA
23:57 24.12.2021
341
Türkiyə istehsalı olan "TURKOVAC" koronavirusa qarşı peyvəndinin ilk partiyası Ankara şəhəri Səhiyyə İdarəsinin anbarlarına daxil olub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, peyvəndin seriya istehsalı Şanlıurfanın cənub-şərqindəki sənaye zonasında davam edir.

150 min dozalıq vaksinin ilk partiyası paytaxtın Esenboğa hava limanı ərazisindəki dərmanların saxlanma anbarlara çatdırılıb.

İnaktiv peyvənd 2-8 dərəcə temperaturda xüsusi qablarda daşınır.

Təkrar analiz və sınaqlardan sonra vaksinlər ölkənin vilayətlər üzrə paylanacaq. Prosesin gələn həftəyə qədər başa çatdırılması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR