Paşinyan Rusiyaya gedir

Paşinyan Rusiyaya gedir
DÜNYA
22:37 27.12.2021
441
Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 28-də Rusiyada işgüzar səfərə gedəcək.

AZXEBER.COM "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan hökumətinin başçısı MDB ölkələri liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak edəcək.
 
Paşinyan onlayn mətbuat konfransı zamanı bildirib ki, MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüş üçün rəsmi təklif yoxdur.


OXŞAR XƏBƏRLƏR