"2022-ci il, yəqin ki, pandemiyanın bitdiyi il olacaq"

"2022-ci il, yəqin ki, pandemiyanın bitdiyi il olacaq"
DÜNYA
14:55 01.01.2022
408
Fransa Prezidenti Emmanuel Makron 2022-ci ildə ölkənin pandemiyadan çıxacağına ümid edir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Yeni il münasibətilə həmvətənlərinə müraciətində deyib.

"Mən gələcəyə optimizmlə baxıram. 2022-ci il, yəqin ki, pandemiyanın bitdiyi il olacaq. Mən sizinlə birlikdə buna inanmaq istəyirəm", - deyə E.Makron bildirib.

Bundan əlavə Fransa prezidenti qeyd edib ki, koronavirusun güclü beşinci dalğası səbəbindən ölkəni "çətin həftələr" gözləyir.

Fransa lideri hələ də peyvənd olunmamış 5 milyon həmvətənini əksər həmvətənlərindən nümunə götürməyə və peyvənd olunmağa çağırıb.
 
Fransada koronavirusa qarşı vaksinasiya əhalinin əksəriyyəti üçün könüllüdür. Prezident isə vaksinasiyanı hər kəsin vətəndaşlıq vəzifəsi hesab edir: "Məsuliyyətlər hüquqlardan üstün olmalıdır".

Qeyd edək ki, ötən gün Fransada koronavirusa rekord sayda 232 mindən artıq yoluxma halı qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR