Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi

Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi
SİYASƏT
09:22 10.01.2022
333
Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında paylaşım edilib.

"10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq", - tvitdə qeyd olunub.
OXŞAR XƏBƏRLƏR