İlham Əliyev Ərdoğana zəng etdi

İlham Əliyev Ərdoğana zəng etdi
SİYASƏT
20:14 05.02.2022
867
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxan Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana tezliklə sağalmalarını diləyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub. R.T.Ərdoğanda koronavirusun "Omikron” ştamı aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR