Mənzil alanlar, aldanmayın: Bunlara diqqət edin, yoxsa... - VİDEO

Mənzil alanlar, aldanmayın: Bunlara diqqət edin, yoxsa... - VİDEO
İQTİSADİYYAT
12:15 07.02.2022
523

Qızınmadıq istisinə, kor olduq tüstüsünə. Bu misalı Abşeron rayonu Masazır kəndi ərazisindəki yeni binadan mənzil alanlara şamil etmək olar. Bir ətək pul töküb yeni binadan mənzil alan sakinlər problemlərin əlindən ev-eşiklərində rahat otura bilmirlər. Binaya gələn yol bərbad vəziyyətdədir, elektrik enerjisi və su tez-tez kəsilir, üstəlik sakinlərə mənzillərin çıxarışı da verilmir. Bəs 300 -dən çox ailənin problemləri nə vaxt həll olunacaq? 

Masazırda  Yeni binada yaşayan  300-dən çox ailə, problemlər məngənəsində boğulur. Sakinlər binaya olan borclarını tam ödəsələrdə, ancaq onlar komunal xidmətlərlə  bağlı çətinliklə üzləşirlər. 

Binada tez tez işıqlar sönür, sular kəsilir. Ayda bir dəfə "Viktoriya MTK" rəhbərliyi dəyişdiyindən sakinlər şikayətlərini hara ünvanlayacaqlarını bilmirlər.  Sakinlər deyirlər ki, onlar binaya köçəndə verilən vəd özünü doğrultmayıb. Hazırda binada iki şəhid ailəsi də yaşayır. Bina illərdir istifadə olunsa da ancaq təhvil verilmədiyinə görə, sakinlər evlərinə çıxarış da  ala bilmirlər.

Sakinlərin sözlərinə görə, 2013-cü ildən tikilən binaya gələn yol bərbad vəziyyətdədir.

Mövcud problemlə bağlı MTK rəhbərliyinin oturduğu ofisə yaxınlaşıb, sullarımıza cavab almaq istədik.

Qeyd edək ki, hər bir tikinti şirkəti öz alıcıları ilə bağladığı müqaviləyə görə onlar qarşısında üzrinə öhdəlik götürür. Bu öhdəliklərdən biri də binanın layihə üzrə tikintisini həyata keçirmək, tikinti başa çatdıqdan sonra  lazimi sənədlərini hazırlayaraq aidiyyatı təşkilatlara təqdim etmək və binalara "İstismara İcazə Aktı" almaqdır. Abşeron Rayon İcra Hakimiyyətindən Xəzər Xəbərə bildirildi ki, rayonun Masazır kəndi ərazisində "Viktoriya" MTK tərəfində inşa edilən binalara "İstismara İcazə Aktı" verilməyib.  Qeyd olunub ki, vətəndaşlar şirkət rəhbərliyindən öz öhdəliklərini yerinə yetirməyi tələb etməlidir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Abşeron RİH-i olaraq sakinlərə lazimi hüquqi yardımları da göstərə bilərik-deyə açıqlamada bildirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir