Ərdoğan Azərbaycana səfər edəcək

Ərdoğan Azərbaycana səfər edəcək
SİYASƏT
17:23 07.02.2022
1025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycana səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının başqanı professor Hasan Mandalı söyləyib.

Məlumata görə, R.T.Ərdoğan Bakıda "TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının açılışında iştirak edəcək. Festival mayın 26-dan 29-dək keçiriləcək.

Bundan başqa, səfər çərçivəsində iki ölkə rəhbərliyi arasında görüş olacaq.
OXŞAR XƏBƏRLƏR