“Optimal Elektronika” şirkəti cərimələndi

“Optimal Elektronika” şirkəti cərimələndi
SOSİAL
18:43 16.02.2022
797
Bakıda elektronika məhsullarının satışını təşkil edən şirkətə cərimə protokolu yazılıb.

"Optimal Elektronika” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Aygün Qurbanovanın icraatına verilib.

Məhkəmə iclası fevralın 17-nə təyin edilib.

Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
 
///Report
OXŞAR XƏBƏRLƏR