Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı
SOSİAL
18:24 16.02.2022
586
Bakının Xətai rayonunda mənzildən meyit tapılıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

Bildirilib ki, Nazirliyin "112” qaynar telefon xəttinə Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1978-ci il təvəllüdlü Qasımov Vüsal Vaqif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR