Ukraynanın paytaxtı Kiyev şəhərinin girişlərindəki nəzarət-buraxılış məntəqələrinə müdafiə qurğuları yerləşdirilir.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Kiyev meri Vitali Kliçko öz "Telegram" hesabında yazıb.
"Biz Kiyevin girişlərində, nəzarət-buraxılış məntəqələrində mühafizə qurğuları təchiz edirik. Ona görə də giriş-çıxış çətin ola bilər. Xahiş edirəm, bunu anlayışla qarşılayasınız", - deyə Kliçko bildirib.