Dünya bazarında neft bahalaşmaqda davam edir.
AZXEBER.COM xəbər verir ki, "Brent" neftinin qiyməti 139 dollara çatıb.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 9,8% artaraq 1 barelə görə 129,68 dollar təşkil edib.
Bundan əlavə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 8,71% artaraq 125,75 dollara çatıb.
Qeyd olunur ki, neft qiymətləri bu həddə çatandan sonra qismən ucuzlaşmağa başlayıb. Hazırda birjalarda "Brent" neftinin may fyuçersləri 130 dollar/barel ətrafında alınıb satılır.
Ötən həftəsonu ilə müqayisədə qiymət artımı 18 faizə bərabər olub.
"JPMorgan Chase & Co." agentliyinin proqnozlarına əsasən, Rusiyadan neft nəqlinin dayanması təqdirində "Brent" neftinin qiymətləri ilin sonunadək 185 dollaradək çata bilər.
Qeyd edək ki, neft qiymətləri 2008-ci ildə 143 dollar həddinədək çatmaqla tarixi rekordu vurmuşdu.