Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yeni kadr təyinatı olub.
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, Anar Səmədov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, bu təyinata qədər Xətai rayon icra başçısının birinci müavini vəzifəsində çalışıb.