İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı oldu

İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı oldu
SİYASƏT
16:42 09.04.2022
621
Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZXEBER.COM xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Dövlət başçıları Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işlərin başlanmasını müzakirə ediblər.

Prezident İlham Əliyev və Vladimir Putin Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrası vəziyyəti barədə fikir mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR