Əhaliyə xəbərdarlıq - 30 manat cərimələnə bilərsiniz

Əhaliyə xəbərdarlıq - 30 manat cərimələnə bilərsiniz
SOSİAL
12:59 14.04.2022
756
Azərbaycan Respublikası vətəndaşlarının olduğu yer üzrə qeydiyyatı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiqi haqqında Əsasnaməyə əsasən həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.

Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır.

Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur:

Vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.

Vətəndaşlar olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (www.bpqmi.gov.az) internet sayıtına daxil olub, E-qeydiyyat bölümündə (https://e-qeydiyyat.bpqmi.gov.az/login) fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçməlidirlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AYNA: Avtobuslarda gediş haqqının artırılması barədə hər hansı qərar yoxdur
12:29 01.09.2025
AYNA: Avtobuslarda gediş haqqının artırılması barədə hər hansı qərar yoxdur
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
12:27 01.09.2025
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
12:23 01.09.2025
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO
12:21 01.09.2025
Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO
TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu
12:11 01.09.2025
TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu
"Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan" - Nadir
11:54 01.09.2025
"Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan" - Nadir
"Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var"
11:43 01.09.2025
"Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var"
Azərbaycan və AİİB imzaladıqları birgə bəyannaməni mübadilə edib
11:38 01.09.2025
Azərbaycan və AİİB imzaladıqları birgə bəyannaməni mübadilə edib
Döyülən azyaşlının vəziyyəti hələ də ağırdır
11:35 01.09.2025
Döyülən azyaşlının vəziyyəti hələ də ağırdır
Məşhur aktyor cinsi zorakılıq iddialarına qarşı hüquqi proses başladıb
11:28 01.09.2025
Məşhur aktyor cinsi zorakılıq iddialarına qarşı hüquqi proses başladıb
Azercell qadınlara növbəti dəstək proqramına start verir
11:22 01.09.2025
Azercell qadınlara növbəti dəstək proqramına start verir
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanladı
11:16 01.09.2025
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanladı
Bu ərazilərdə qaz olmayacaq
11:14 01.09.2025
Bu ərazilərdə qaz olmayacaq
Hadisənin Paris tətilindən - FOTOLAR
11:13 01.09.2025
Hadisənin Paris tətilindən - FOTOLAR
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
11:05 01.09.2025
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!
11:02 01.09.2025
Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!