Naxçıvanda intihar hadisəsi olub.
AZXEBER.COM-un Lent.az-a istinadla məlumatına görə, hadisə Şərur rayonu, Ələkli kəndində qeydə alınıb.
Kənd sakini Röya Əsədova yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
Qeyd edək ki, Röya kənd məktəbinin 9-cu sinfində təhsil alırmış.
İntiharın hansı səbəbdən baş verməsi bilinmir.
Faktla bağlı araşdırma aparılır.