Co Baydenin İlham Əliyevə göndərdiyi təbrik məktubunda verilən mühüm mesajlar...

Co Baydenin İlham Əliyevə göndərdiyi təbrik məktubunda verilən mühüm mesajlar...
SİYASƏT
14:25 03.06.2022
808
ABŞ Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu  göndərib. Məktub bir neçə istiqamət üzrə xüsusilə diqqət çəkir. ABŞ prezidentinin işlətdiyi ifadələrin əsas hədəfi nədir?

Dünəndən bəri Azərbaycan müxalif cameəsində Baydenin müzakirəyə çıxarılan bu fikri diqqət çəkir: "Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik”.

Bayden burada nə demək istəyir? Az qala Baydenin bu fikrini Azərbaycanda gözlənilməz hadisələrin əsas carçısı kimi qələmə verən müxaliflər niyə bir cümlədən ümid umur? Axı Bayden bu məktubu şəxsən İ.Əliyevə yazıb və bu məktub başdan ayağa ölkə başçısına dəstək mesajları ilə doludur. Gələk, Baydenin müzakirə olunan fikrinə...

Əvvəla, bütün ABŞ prezidentləri, eləcə də Bayden üçün qəbuledilən protokol qayda var. Özünü "demokratiyanın beşiyi” adlandıran ABŞ prezidentlərinin hamısı digər ölkələrin liderlərinə ünvanladıqları məktubda "Hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar...” məsələsini bir cümlədə də olsa, həmişə önə çıxarıblar. Bu, artıq onlar üçün ənənəvi protokol qaydadır. Fərqi yoxdur, məktubun ünvanlandığı ölkədə fundamental azadlıqlar var, yoxsa yox... Heç şübhəsiz, ABŞ prezidenti başa düşür ki, demeokratik və müstəqil olmayan dövlət nə dünyada sülhə, təhlükəsizliyə töhfə verə bilər, nə ciddi logistik mərkəzə çevrilər, nə Ukraynaya açıq dəstək göstərər, nə də Cənubi Qafqazda demokratiyanın və barışın əsas təminatçısına çevrilə bilərdi. Təbii ki, Baydenin bu fikri həm də bəzi qüvvələrə mqəsədli şəkildə atılan "pay”dır. Amma bu, həm də onları lağa qoymaqdır. Çünki 30 ildir ABŞ nə verirsə, Azərbaycanda müxalif cameə illərlə onu yeyir. Azərbaycan dövlətinin isə öz və milli menyusu var.

ABŞ prezidenti Baydenin Azərbaycana ciddi və açıq dəstək ifadə etdiyi sahələrə diqqət edək:

- Bayden "Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığını” diqqətə çatdırdı. Bu o deməkdir ki, ABŞ iqtisadi təhlükəsizlik platformasında Azərbaycanı mühüm tərəfdaş kimi görür.

- O, "enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyini” bildirdi. Bu, beynəlxalq təhlükəsizliyin əsas qarantlarından biri kimi Azərbaycanın Qərb üçün həlledici əhəmiyyətinin ifadəsidir.

- Məktubda "Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı” alqışlanır. Qeyd etmək lazımdır ki, Azərbaycanın Ukraynaya dəstəyi 30 il ərzində regionda və dünyada baş verən proseslərə davamlı və ədalətli yanaşmasının göstəricisidir. Azərbaycan işğala məruz qalan dövlətdir, işğala məruz qalan digər ölkələrin suverenliyi də rəsmi Bakı üçün qırmızı xəttdir.

- ABŞ prezidenti "Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik” deməklə, Azərbaycanın terrorizmdən əziyyət çəkən bir ölkə kimi bundan sonra da pozitiv mövqedə olacağına daim dəstək verəcəyini ifadə edir.

- O bildirir: "Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”. Mənzərə kifayət qədər açıqdır. Birincisi, ABŞ Azərbaycan-Ermənistan arasında sülhü təqdir edir. İkincisi, ABŞ-ın hədəfi təkcə Azərbaycanla müsbət münasibətləri davam etdirmək deyil, həm də bütün Transqafqazda öz maraqlarını təmin etməkdir. Üçüncüsü, ABŞ böyük dəhliz ölkəsinə çevrilən Azərbaycanın bu istiqamətdəki addımlarını birmənalı şəkildə və şərtsiz dəstəkləməyə məcburdur. 

Məktubda ən ciddi məqamlardan biri ABŞ-ın Azərbaycanın müstəqilliyini dəstəkləməsini xüsusi qeyd etməsidir. Bu, Rusiya-Ukrayna müharibəsi və Rusiyanın region ölkələrinə qarşı təxribatları fonunda xüsusilə diqqət çəkir. 

Samir Feyruzov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
12:20 08.10.2026
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
12:04 08.10.2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
11:58 08.10.2026
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
11:43 08.10.2026
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
11:40 08.10.2026
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
11:38 08.10.2026
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
11:34 08.10.2026
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
11:28 08.10.2026
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
11:19 08.10.2026
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
11:17 08.10.2026
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
11:15 08.10.2026
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
11:14 08.10.2026
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
11:14 08.10.2026
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
11:12 08.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
11:11 08.10.2026
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək
11:09 08.10.2026
Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək