Ukrayna Rusiyanın itkilərini AÇIQLADI

Ukrayna Rusiyanın itkilərini AÇIQLADI
DÜNYA
18:35 27.06.2022
331
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

AZXEBER.COM BAKU.WS-in məlumatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 35 minə yaxın hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiyanın 1 552 ədəd tankı, 3 687 ədəd zirehli döyüş maşını, 771 ədəd artilleriya sistemi, 243 ədəd reaktiv yaylım atəş sistemi, 93 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 184 ədəd helikopteri, 139 qanadlı raketi, 2 575 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 636 ədəd dronu və 60 ədəd xüsusi texnikası məhv edilib.
OXŞAR XƏBƏRLƏR