Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü

Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü
SOSİAL
11:57 18.07.2022
341
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Heydər Əliyev prospektindən "Koroğlu” metro stansiyası istiqamətdə yerləşən asma körpünün altında qeydə alınıb.

1987-ci il təvəllüdlü Fəhimə Şahverdiyeva idarə etdiyi "Volkswagen” markalı avtomobillə yolu kəçən 1958-ci il təvəllüdlü Mərdan Mehdiyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.
 
///APA 
OXŞAR XƏBƏRLƏR