Paulo Dibalanın yeni klubu bəlli oldu

Paulo Dibalanın yeni klubu bəlli oldu
İDMAN
19:55 20.07.2022
338
Ötən mövsümün sonunda İtaliya "Yuventus"undan ayrılan Paulo Dibala "Roma"ya keçib.

AZXEBER.COM paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı hücumçu "canavarlar"la 3 illik müqavilə imzalayıb.

29 yaşlı forvard yeni komandasında 21 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən "Yuventus"un şərəfini qoruyurdu.
OXŞAR XƏBƏRLƏR