Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
SOSİAL
18:27 03.08.2022
178
Azərbaycanda son gündə koronavirus əleyhinə 1 873 vaksin vurulub.

Bu barədə AZXEBER.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 263, ikinci doza vaksinlərin sayı 140 təşkil edib.

Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 233 olub. Pozitiv nəticədən sonra "buster” doza üzrə peyvənd olunanlar isə 237 nəfər olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 822 079 təşkil edir.
OXŞAR XƏBƏRLƏR