"Turan Tovuz" Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazandı

"Turan Tovuz" Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazandı
İDMAN
22:41 13.08.2022
351

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib. 

AZXEBER.COM-un məlumatına görə, günün ikinci matçında "Səbail" "Turan Tovuz"u qəbul edib. 

"ASCO Arena"dakı qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Bölgə klubunun qolunu 47-ci dəqiqədə Natan Oduva vurub.

Beləliklə, çempionatda ilk qələbəsini qazanan "Turan Tovuz" xallarının sayını 3-ə çatdırıb. "Dənizçilər" iki oyundan sonra xalsız qalıb.

Qeyd edək ki, günün ilk matçında "Qarabağ" "Sumqayıt"ı məğlub edib - 2:0. Turun açılış görüşündə "Sabah" səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura avqustun 14-də keçiriləcək "Qəbələ" - "Şamaxı" və "Neftçi" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR