Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlandı
SOSİAL
19:06 22.08.2022
247
Paytaxtın Yasamal rayonunda mənzildə meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR