Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
SOSİAL
16:35 26.08.2022
217
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 811 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, 9 796 nəfər vəfat edib, aktiv xəstə sayı 3 667 nəfərdir.

Ölkədə son sutka ərzində 3 659, hazırkı dövrədək isə 7 9138 810 test aparılıb.
OXŞAR XƏBƏRLƏR