Zelenskinin korteji qəzaya düşdü

Zelenskinin korteji qəzaya düşdü
DÜNYA
02:53 15.09.2022
2366
Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenskinin kortejinin iştirakı ilə qəza baş verib

AZXEBER.COM xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Dövlət başçısını müşayiət edən həkimlər xəsarət almış sürücünü müayinə edib, onu təcili tibbi yardım maşını ilə aparıblar.

Prezident də həkim müayinəsindən keçib, Zelenskinin ciddi xəsarət almadığı bildirilir.

Hadisə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR