Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqladı

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqladı
DÜNYA
10:17 20.09.2022
260
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada 160, ümumilikdə isə Rusiyanın 54 810 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 216 tank, 4 724 zirehli döyüş maşını, 1 323 artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 252 təyyarə, 217 helikopter, 925 PUA, 239 qanadlı raket, 15 gəmi, 3 587 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.
OXŞAR XƏBƏRLƏR