Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq
SOSİAL
12:30 22.09.2022
282
"Qaz İxrac” İdarəsinə məxsus "Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar, 23.09.2022-ci il tarixdə saat 09:00-dan etibarən işlər başa çatanadək "Cəfərabad”, "Aşağı Göynük”, "Qax”, "Əliabad”, "Zaqatala”, "Makov”, "Katex”, "Balakən” QPS-lərdən və "Şəki Kərpic zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə AZXEBER.COM-a Azəriqaz İB-nin mətbuat xidmətindən bildirilib.

Təmir işləri aparılan müddətdə Qax, Zaqatala, Balakən rayonlarının tam olaraq, Şəki rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR