Azərbaycan nefti bahalaşdı

İQTİSADİYYAT
11:12 23.09.2022
361
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,1 ABŞ dolları və ya 1,19% artaraq, 93,7 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR