"Ağdam tezliklə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək"

"Ağdam tezliklə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək"
SİYASƏT
11:53 07.10.2022
308
İşğaldan azad olunmuş ərazilərimizin quruculuğu, bərpası və orada yenidən məskunlaşma prosesi Möhtərəm Prezident cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı olaraq səfərlər edir. Bu səfərlər hər bir rayonun, şəhərin azad olunduğu gün reallaşır ki, bu da öz növbəsində ölkə başçısının işğaldan azad olunmuş hər bir əraziyə xüsusi diqqət və qayğısının olmasının göstəricisidir. Cənab Prezidentin hər səfəri bu ərazilərimizə əlavə bir nəfəs verir, yeni həyat gətirir. Hərbi əməliyyatların bitməsindən sonra cənab Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi  artıq Ağdamın gələcək inkişafı ilə bağlı bir çox önəmli addımlar atılıb və bu istiqamətdə işlər davam etdirilir. Oktyabr ayının 5-də cənab Prezident İlham Əliyevin Ağdam rayonuna etdiyi növbəti səfər də bu proseslərin dövlətin xüsusi diqqətində saxlandığını bir daha təsdiq edir.
Otuz ilə yaxın erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam indi yenidən tikilir. Ağdam şəhəri işğal illəri ərzində dağıdılıb və hətta burada olan daşlar belə oğurlanaraq satılıb. Ermənilər yalnız şəhərdəki Cümə məscidini tam dağıtmayıblar, çünki ondan müşahidə məntəqəsi kimi istifadə ediblər. 30 ilə yaxın davam edən işğalı zamanı xalqımıza məxsus mədəniyyət və dini abidələr, qəbiristanlıqlar dağıdılıb, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb.Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda indi geniş tikinti işləri gedir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  Ağdamda 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak edib.
Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.
Dövlətimizin başçısı açılış mərasimində çıxış edərək Azərbaycanın düşmən tapdağından azad edilmiş Ağdam Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı bölgələrindəki yaşayış məntəqələri tamamilə dağıdılaraq yerlə-yeksan edildiyini qeyd edib. Hətta ermənilərin işğal dövründə ərazilərimizə 1 milyondan çox mina basdırması Azərbaycana və azərbaycanlılara qarşı olan terror siyasətini bir daha nümayiş etdirdiyini vurğulayıb.
28 il davam edən danışıqlar prosesində işğalçılıq siyasəti yürüdən Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Buna görə danışıqlar heç bir nəticə vermədi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə, Azərbaycanın Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərinə baxmayaraq, heç bir nəticə əldə edə bilmədik. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi. 
Azərbaycan uzun illər ərzində Ermənistanın ədalətsiz mövqeyinin dəyişməsi, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün səylər göstərsə də, real nəticə görünmədi, düşmən işğalçılıq yolundan dönmədi.  Ancaq Azərbaycan isə haqq-ədalət yolunda inamla irəlilədi. Ermənistan 30 il işğalı altında Azərbaycan torpağını saxlamaqla bərabər , sülh prosesini məqsədyönlü şəkildə pozurdu. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr Azərbaycana deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev "Dəmir yumruq” əməliyyatı ilə dünyaya sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi. Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması bir daha göstərdi ki, beynəlxalq hüquq işləmir və ona riayət olunmur. Azərbaycan öz gücünə beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunmasına nail oldu.

Ağdamda keçirilən Milli Şəhərsalma Forumu həm işğalın nəticələrini, erməni vandallığını göstərmək, həm də Azərbaycanın qısa müddətdə azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərini dünyaya təqdim etmək baxımından olduqca əhəmiyyətlidir. 

Naftalan şəhər sakini Arzu Məmmədov

OXŞAR XƏBƏRLƏR