Rəşad Məcid Ağdamda gördüklərindən yazdı

Rəşad Məcid Ağdamda gördüklərindən yazdı
SOSİAL
21:38 10.10.2022
536
Rəşad Məcid,
Mətbuat Şurasının sədri

Ağdamda gözüyumulu hər yeri tapa bilərəm, amma gözüaçıq mümkün deyil. 
Bunu işğaldan azad olunandan sonra Ağdama ilk dəfə gedəndə demişdim. Amma indi, ikinci dəfə gedəndə əzbər bildiyim , səkisinin, asfaltının hər çökəyinə, hər döngəsinə , tininə bələd olduğum küçələrdən əsər-əlamət qalmadığını görəndə düşündüm ki, heç gözüyumulu da tapa bilmərəm. 
Küçələr büzüşüb kol basmış cığıra dönüb, səkiləri dəmir boruları çıxartmaqdan ötrü qazıq-qazıq edib yarğana çeviriblər.

Uşaqlığımız keçən dörtmərtəbənin yerində ancaq daş qırıntıları qalıb. 

Vaxtilə Köhnə hamam məhləsi deyilən Əli İbrahimov küçəsi adlanan , indi kol- kos içində itib batan çöllükdən fəhmlə tapdığımız çığırla yaşadığımız döngəyə burularkən birdən  hiss etdim ki, dünyada cəngəl basmış küçəylə gedib öz evini tapa bilməmək qorxusu da varmış. Bir nişanəsi qalırmı görəsən?
Evimizi qalın divarlarının qalıqlarından tanıdım. Köhnə, pas tutmuş əşyalar xatirələri canlandırdı. 

Dostum Vaqifgilin evi isə əksər evlər kimi yerlə birdi. 
Nə divarı, nə başqa nişanəsi var. Vaqif evlərini kafel qırıntılarından tanıdı…
Sarsıntı içində, düşmənə lənət oxuya-oxuya dolaşdıq doğma şəhərimizin uçuqlarını.  
 
Oxuduğumuz məşhur Ağdam şəhər 1 nömrəli orta məktəbin uçuqları arasında gəzib dolaşdıq, keçmişi, uşaqlığımızı, sinif yoldaşlarımızı, müəllimlərimizi yada saldıq, gələcək Ağdamı xəyal etdik.

"Dünyanın ən varlı şəhəri!”
"Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim!”
"Ruhlar şəhəri”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva