Bakıda daha bir intihar hadisəsi baş verib.
AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə təxminən 1 saat əvvəl Nizami rayonu Nəsimi küçəsində qeydə alınıb. 22 yaşlı Ofiserova Yekaterina Vladimirovna özünü yaşadıqları binanın 4-cü mərtəbəsindən atıb. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Onun hansı səbəbdən özünü öldürməsi bilinmir.
Faktla bağlı araşdırma aparılır.