Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM apa-ya istinadla xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Hətəmova Əsmər Ənvər qızı piyada keçidi ilə yolun əks tərəfinə keçmək istəyərkən BakuBus MMC-yə məxsus 14-nömrəli marşut xətti ilə hərəkətdə olan sərnişin avtobusu onu vurub.
Yaralı ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, avtobusda sərnişin olmayıb. Hadisə zamanı sürücü avtobusu depoya aparırmış.