Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
SOSİAL
19:15 23.10.2022
184
Azərbaycanda son gündə koronavirus əleyhinə 545 vaksin vurulub.

Bu barədə AZXEBER.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 225, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 94, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 186, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 40 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 907 098 təşkil edir.
OXŞAR XƏBƏRLƏR