Dünya əhalisinin təxminən üçdə biri koronavirusa qarşı peyvənd olunmayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.
O vurğulayıb ki, dünyada peyvəndə bərabər çıxışın olmaması pandemiyaya qlobal reaksiyanı sarsıdıb.
"Aşağı gəlirli ölkələrdə tibb işçilərinin yarıdan çoxu və yaşlı insanların təxminən üçdə ikisi koronavirusa qarşı peyvənd olunmur və bu, hamı üçün risk yaradır”.
Ayşən