Çində karantin qaydaları sərtləşdirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çinin Quanqcou şəhərində Covid-19 yoluxmalarının artması ilə əlaqədar həyata keçirilən qismən karantin tədbirləri şəhərin əksər hissəsinə şamil edilib.
18 milyondan çox əhalisi olan şəhərdə əvvəlki gün 65 olan yoluxmanın sayı son 24 saatda 139-a yüksəlsə də, Şanxayda olduğu kimi uzunmüddətli bağlanma olacağı hər kəsi qorxudub.
Dünən Quanqcou şəhərində kafe və restoranlar bağlanıb, kütləvi tədbirlər müvəqqəti dayandırılıb.
Vətəndaşlardan marketlərə, supermarketlərə və ticarət mərkəzlərinə daxil olmaq üçün 48 saat ərzində edilən Covid-19 testlərinin mənfi nəticə verməsi tələb olunub.
Ayşən