Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

İDMAN
20:27 01.11.2022
338
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Ayn" komandasının baş məşqçisi Sergey Rebrov Ukrayna millisinin sükanı arxasına keçə bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis hazırda bu posta əsas namizəddir.

Rebrovun 2023-cü il yanvarın 1-də BƏƏ təmsilçisini tərk edərək yığmanın baş məşqçisi olacağı bildirilib.

Ukrayna seçməsinin hazırkı baş məşqçisi Aleksandr Petrakovun assosiasiya ilə müqaviləsi başa çatıb. Onun komandadakı taleyi ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, Sergey Rebrov 2021-ci ildən "Əl-Ayn"də işləyir.
OXŞAR XƏBƏRLƏR