Tanınmış müğənni və aktyor Aaron Çarlz Karter vəfat edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Karterin meyiti Kaliforniya ştatının Lankaster şəhərindəki evində tapılıb.
Onun ölüm səbəbi hələ ki, açıqlanmayıb.