Türkiyədə internetdən 2 min 400 lirə dəyərində telefon sifariş edən şəxs göndərilən məhsulu görəndə təəccüblənib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 42 yaşlı Barış Akbulut telefon əvəzinə sarğı lentinin göndərildiyini görüncə şoka düşüb.
2 min 400 lirəlik telefon sifariş edib pulu göndərdiyini bildirən şəxs bunları danışıb: "İki ay sonra telefon əvəzinə lent göndərildi. Lenti görəndə çox təəccübləndim. Dərhal əlaqə üçün şəxlər axtardım. Amma heç kimi tapa bilmədim. Burada hər kəsə xəbərdarlıq etmək istəyirəm. Qətiyyətlə xarici alış-veriş saytlarından alış-veriş etməsinlər”.
Aydın