Slovakiya Ukraynaya hərbi dəstək çərçivəsində daha bir "Zuzana 2” özüyeriyən artilleriya sistemi (haubitsa) göndərib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Unian" Slovakiyanın müdafiə naziri Yaroslav Nada istinadən bildirib.
Nazir qeyd edib ki, bu Slovakiyanın Ukraynaya göndərdiyi sayca 7-ci artilleriya sistemidir. Artilleriya sisteminin artıq Ukraynada olduğu və Silahlı Qüvvələrə təhvil verildiyi vurğulanıb.