Mingəçevir Dövlət Dram Teatrının direktoru təyin edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə İntiqam Soltan Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bundan əvvəl Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsində Anar Quliyev çalışıb. O, oktyabrın 28-də vəzifəsindən azad olunub.