Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan xalqına və ölkəsinin digər dostlarına təşəkkür edib.
AZXEBER.COM xəbər verir ki, o bu barədə feysbuk hesabında yazıb.
"Təmiz Ürək” xeyriyyə fondumuzun komandası işğal olunmuş ərazilərdəki müdafiəçilərimiz və mülki əhalimiz üçün 40 tondan artıq ərzaq məhsulları, geyim, gigiyena ləvazimatları, həmçinin Xarkov vilayətinə generatorlar göndərib”, - o bildirib.