Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb - Lavrov

Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb - Lavrov
SİYASƏT
15:24 01.12.2022
419
Praqada dördtərəfli görüşdə Ermənistan tərəfinin Alma-Ata Bəyannaməsini qeyd-şərtsiz təsdiqləməsi Qarabağın statusu məsələsini həll edir.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu cümə axşamı Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı deyib.
Ətraflı

"Almatı bəyannaməsində göstərilir ki, bütün ittifaq respublikaları SSRİ respublikaları arasında mövcud olan sərhədlər daxilində sərhədlərin toxunulmazlığını təsdiq edir, başqa sözlə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində olub. Bu sənəd Azərbaycan, həm Ermənistan, həm də Fransa və Şarl Mişel tərəfindən heç bir qeyd-şərtsiz təsdiq edildi. Bu, Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir", - Rusiya XİN rəhbəri bildirib.
OXŞAR XƏBƏRLƏR