Azərbaycan əhalisinin sayı açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 54 452 nəfər və ya 0,5 faiz artaraq noyabrın 1-i vəziyyətinə 10 210 818 nəfərə çatıb.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.