İstanbul hava limanında uçuşlar dayandırıldı

İstanbul hava limanında uçuşlar dayandırıldı
DÜNYA
23:21 31.12.2022
410

İstanbulun Sabiha Gökçen hava limanında park edilmiş təyyarəni yedəkləyən yerüstü nəqliyyat vasitəsinin nasazlığı səbəbindən təyyarə uçuş-enmə zolağından çıxarıla bilməyib.

Bu səbəbdən uçuşlar müvəqqəti olaraq dayandırılıb. Aeroporta enməli olan təyyarələr bir müddət havada dövrə vurmalı olub.

Nasaz avtomobil uçuş-enmə zolağından çıxarıldıqdan sonra hava limanının fəaliyyəti normallaşıb.
OXŞAR XƏBƏRLƏR