Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin geridə qalan 10 ayı ərzində milli çempionatlarda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.
IFFHS-in rəsmi saytı xəbər verir ki, ilk pillədə İngiltərə millisinin və "Bavariya” klubunun hücumçusu Harri Keyn qərarlaşıb.
Türkiyədə "Qalatasaray”ın şərəfini qoruyan Mauro İkardi ikinci, İngiltərənin "Mançester Siti” klubunun forvardı Erlinq Holand üçüncü sıradadırlar.