2023-cü ilin ən aktiv millət vəkilləri seçildi

2023-cü ilin ən aktiv millət vəkilləri seçildi
SOSİAL
00:30 22.01.2024
759
Editor.az İnformasiya Portalı 2023-ci ilin yekunları ilə bağlı ölkəmizin ali qanunverici orqanı olan Milli Məclisin deputatlarının fəaliyyətinə olan ictimai rəyi öyrənmək üçün internet istifadəçisi olan vətəndaşlar arasında keçirdiyi virtual sorğuya yekun vurub.

26-29 dekabr 2023-ci il tarixlərini əhatə edən sorğuya oxucular tərəfindən böyük maraq göstərilib. 4 gün davam edən virtual sorğuda 1068 səs qeydə alınıb. Qeyd alınan səslərin 64-ü təkrar olduğu, mövcud olmayan və ya eyni e-maillər vasitəsi ilə verildiyi üçün etibarsız elan edilib.

Sorğuda iştirak edən respondentlər sorğuda 2023-ci il ərzində Milli Məclisin plenar və komitə iclaslarında aktivliyinə, seçicilər və ictimaiyyətlə fəal işlədiyinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətinə, qanun yaradıcılığı sahəsində xidmətlərinə görə 15 deputatı İLİN ƏN FƏAL MİLLƏT VƏKİLİ kimi müəyyən ediblər.

Editor.az İnformasiya Portalı 4 gün davam edən virtual sorğuda ən çox səs toplayaraq İLİN ƏN FƏAL MİLLƏT VƏKİLİ seçilən 15 millət vəkilinin siyahısını ƏLİFBA SIRASI ardıcıllığı ilə təqdim edir. Portalımız qalib deputatları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edir.

ARPADARAİ Nigar Cavid qızı

HƏMZƏYEV Naqif Ələşrəf oğlu

HƏSƏN Ramil Sahib oğlu

HƏSƏNQULİYEV Qüdrət Müzəffər oğlu

İSKƏNDƏROV Vüqar Yapon oğlu

QULİYEV Ülvi Zahid oğlu

MUSAYEV Elşən Məmmədhənifə oğlu

MƏHƏMƏLİYEV Nəsib Məhəmməd oğlu

MƏMMƏDOV Ceyhun Valeh oğlu

MƏMMƏDOV Hikmət Baba oğlu

KƏRİMZADƏ Pərvin Orxan qızı

NAĞIYEV Arzu Nəsib oğlu

NURULLAYEV Razi Qulaməli oğlu

NURULLAYEVA Könül Oruc qızı

ORUC Zahid Məhərrəm oğlu
OXŞAR XƏBƏRLƏR