2023-ün populyar olacaq 9 qidasının adı açıqlandı - SİYAHI

MARAQLI
00:03 19.01.2023
464
2023-cü ildə populyar olacağı gözlənilən 9 qidanın adı açıqlanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, avstraliyalı məşhur dietoloq və qidalanma mütəxəssisi Dr. Joanna McMillan 2023-cü ilin doqquz məşhur qidaları ilə bağlı proqnozlarını bölüşüb.

Məlumata görə, McMillan doqquz ən yaxşı qida arasında ekzotik göbələklər, dəniz yosunu, qəhvə kombuchası, sızma zeytun yağı, çətənə toxumu, qara qarağat, kakao, qara düyü və fonio adlı az tanınan məhsulların adını çəkib.

Qara düyü haqqında danışan mütəxəssis onun ağ düyüdən daha çox qidalı olduğunu, rənginin bitkilərdə təbii olaraq tapılan mikroelement olan polifenollardan gəldiyini deyib.

Aydın

OXŞAR XƏBƏRLƏR