Gəncədə avtomobil motosikletçini vurub

Gəncədə avtomobil motosikletçini vurub
SOSİAL
19:24 02.01.2023
138
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.

"Report”un Qərb bürosunun məlumatına görə, hadisə şadlıq saraylarından birinin önündə qeydə alınıb.

Minik avtomobilinin motosikletə çırpılması nəticəsində motosikletçi ağır xəsarət alıb.

Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR