Türkiyənin Elazığ vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması idarəsinin (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 06:36-da qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.










































